Azərbaycanda ev təsərrüfatında sahibkar kimi fəaliyyət göstərən şəxlərə verilən kreditlərin həcmi artıb.
Eləcə də bax: Bankların istehlak və biznes kreditləri - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından daxil olan məlumata görə, portfelin həcmi sentyabr ayı ərzində ₼791.9 milyon olduğu halda, oktyabr ayı bu ₼807 milyona yüksəlib. Bu da son bir ayda 1.9%-lik pozitiv dinamika olması deməkdir.
İllik müqayisədə isə fərdi sahibkarlara verilən kreditin həcmi ₼197.5 milyon, yəni, 32% artıb.
Son bir ay ərzində Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərdə valyuta üzrə bölgüsünə baxdıqda məlum olur ki, milli valyutada artır, xaricidə isə azalıb. Fərdi şəxslərə manatda verilən kredit portfelinin həcmi son bir ayda ₼706.3 milyondan ₼725.1 milyona qalxdığı halda, xarici valyutada ₼85.6 milyon manatdan ₼81.9 milyon manata qədər azalmışdır.
Burada daha bir önəmli faktor isə milli valyutada verilən uzunmüddətli kreditlərin həcminin artmasıdır. 1 noyabr tarixinə milli valyutada verilən kreditin həcmi ₼676.3 milyondur.