Azərbaycanda oktyabrda yalnız ipoteka kreditlərinin həcmində aylıq artım müşahidə edilib. 1 noyabr 2020-ci il tarixinə ölkənin 26 bankının son bir ayda kredit portfelləri 14 497 milyon manatdan, 14 409.3 milyon manata qədər azalıb.
Eləcə də bax: Şirkətlərin bank hesablarındakı pulları - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verir.
Azalma biznes və istehlak kreditlərində olmuşdur. Bir ay öncə 8 741 milyon manat olan biznes kreditləri 8 679.8 milyon manata, 3 808.6 milyon manat olan istehlak kreditlərinin həcmi 3 746.7 milyon manata qədər azalmış, ipoteka kreditləri isə 1 947.4 milyon manatdan 1 982.8 milyon manata qədər artmışdır.