Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin həcmi 823.8 milyon manata çatıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə göstəricilərində deyilir.
Bu da oktyabr ayı ilə müqayisədə 16.8 milyon manat (2.1%) artıb.
Fərdi sahibkarlar verilən kreditlərin 746 mln. manatı (oktyabrda: 725.1 mln. manat) milli valyutada, 77.8 milyon manatı (oktyabrda: 81.9 mln. manat) isə xarici valyutada verilmiş kreditlərdir.
1 dekabr tarixinə olan məlumata görə, fərdi sahibkar kimi bank hesabı açanların sayı 382 245 ədəd olub. Bu da son bir ayda 6 407 ədəd artım deməkdir.
Xatırladaq ki, artıma əsas səbəb kimi AKİA tərəfindən verilən aqrar sahədə olan güzəştli mikrokreditlərin aktivləşdirməsidir.