ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauellin (Jerome Powell) cəmi 8 dəqiqə davam edən çıxışı Amerikanın ən zəngin insanlarının sərvətindən 78 milyard dolları silən bir bazar çöküşü yaradıb.
Eləcə də bax: Jackson Hole-da veriləcək mesajlar dolların məzənnəsi üçün - Mühüm Rol Oynayacaq
FED.az Bloomberg Milyarderlər İndeksinə istinadən xəbər verir ki, çıxışdan sonra satış dalğası nəticəsində İlon Maskın sərvətindən 5,5 milyard dollar silinib. Ən böyük itki isə 6,8 milyard dollarla Ceff Bezosun olub. Bill Qeyts və Uorren Baffetin sərvəti isə müvafiq olaraq 2,2 milyard və 2,7 milyard dollar azalıb. Sergey Brin sərvəti 100 milyard dollardan aşağı düşüb.
Powell Jackson Hole simpoziumunda etdiyi çıxışında FED-in faiz artıracağını və müəyyən müddət ərzində yüksək faiz tətbiq edəcəklərini bildirib. Beləliklə Pauell, səhmlərin sonuncu dəfə bahalşmasına səbəbi olan "Fed-in 2023-cü ilin əvvəlində faiz dərəcələrini aşağı salacağına dair gözləntiləri" təkzib edib.
S&P 500 cümə günü 3,4 faiz düşüb. Microsoft, Amazon, Tesla və Alphabet kimi texnologiya şirkətlərinin səhmlərinin ticarət olunduğu Nasdaq 100, cümə günü 4 faizdən çox dəyər itirib.
Bu il az sayda milyarder sərvətini artıra bilib. 2022-ci ilin birinci yarısında dünyanın ən varlı 500 adamının sərvətindən 1,4 trilyon dollar silinib. Bununla belə, itkilərin bir hissəsi ABŞ səhmlərində iyul ayında baş verən "ralli" ilə kompensasiya edilib. (Marja)