Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 nömrəli ünvanda yerləşən “European Tobacco-Baku” ASC-nin (“European Tobacco-Baku” ASC), 2023-cü il sentyabrın 2-də keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilib.
FED.az xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı hər bir səhmin nominal dəyərinin azaldılması yolu ilə, 44 635 220 (qırx dörd milyon altı yüz otuz beş min manat) manatdan azaldılaraq, 223 176 (iki yüz iyirmi üç min yüz yetmiş altı manat) manat olub.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105.2. maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini, eyni zamanda çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.
Kreditorların yazılı tələbləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 nömrəli ünvanda qəbul olunur.
“European Tobacco-Baku” ASC-nin idarə heyəti