4 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Merano Baku” ASC-nin AZ1002024672 dövlət qeydiyyat nömrəli 100 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
“Merano Baku” səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 10 000 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 100 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 100 min manat təşkil edib.
“Merano-Baku” ASC-nin səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi ilə şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata yüksəlib.
Xəbər verdiyimiz kimi, qida məhsulların idxalını və satışını həyata keçirən “Merano-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 100 min manat artırılır. Şirkət hər birinin nominal dəyəri 10 000 (on min) manat olan 10 (on ədəd) ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib.
“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur.
“Merano-Baku” ASC-nin xalis mənfəəti 2020-ci ildə 399 min 735 manat, 2021-ci ildə 1 milyon 822 min 307 manat, 2022-ci ildə isə 3 milyon 29 min 190 manat təşkil edib.