İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.
Eləcə də bax: Ermənistan türk mallarının idxalına - QADAĞA QOYDU
FED.az xəbər verir ki, "Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir", - deyə İran rəsmisi bilirib.
O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.
Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq. (Report)