Ermənistan Türkiyədən bir sıra malların idxalını qadağan edib.
FED.az xəbər verir ki, bununla bağlı qərar Qarabağ döyüşlərində Türkiyənin Azərbaycanı dəstəkləməsi səbəbindən 2020-ci ilin oktyabrında qəbul edilib.
Bu malların idxalına qadağa 2021-ci ilin yanvarında başlayır və 6 ay davam edəcək.
Ermənistan iqtisadiyyat nazirliyi elan edib ki, Türkiyədən idxalı qadağan edilən mallara tələbat yerli mənbələr hesabına ödəniləcək.
Qadağa gündəlik tələbat mallarına və istehsalın təşkili üçün tələb olunan avadanlıqlara şamil edilməyəcək.