Erməni investisiya fondu «Balchug Capital» Moskvadakı «Metropolis» ticarət və əyləncə mərkəzini amerikalı investorlardan satın alıblar.
Rusiyada IKEA-nın Belarus analoqunun - İlk Mağazası Açılır
FED.az xəbər verir ki, Leninqrad şossesində yerləşən ticarət mərkəzi indiyədək Amerikanın «Morgan Stanley» və «Hines» developer şirkətinin nəzarətində olan fondlara məxsus idi. Müqaviləyə konsaltinq xidmətini «IBC Real Estate» şirkəti göstərib.
Sahəsi 205 000 kvadratmetr olan «Metropolis» ticarət və əyləncə mərkəzinin «Balchug Capital»a satışına xarici investisiyalara nəzarət edən hökumət komissiyası da razılıq verib.
Ticarət Mərkəzinin erməni fonduna satış qiyməti açıqlanmasa da «Balchug Capital»da bu qiymətin cəlbedici olduğunu bildiriblər.
Qeyd edək ki, «Metropolis» ticarət mərkəzini erməni şirkəti ilə yanaşı, Qazaxıstanın «M Xoldinq Ltd.» şirkəti də almaq istəyib. Rusiya dövlət qurumları bu şirkətə də alqı-satqı üçün icazə veriblər, amma sonradan Qazaxıstan şirkəti bundan imtina edib.