Azərbaycan daha bir şirkət meyvə araqlarının istehsalına bşlayıb. Şəmkirdəki “Şərq Ulduzu” "Mey" brendi adı ilə premium araqlar bazarına daxil olub.
FED.az “Şərq Ulduzu” müəssisəsinin rəhbəri Əsgər Alırzayevlə müsahibəni təqdim edir.
Eləcə də bax:Azərbaycanın şərab istehsalını kəskin - ARTIRACAĞI GÖZLƏNİLİR
- Müəssisə nə vaxt yaranıb?
Müəssisə 2002-ci il sentyabrn 19-da təsis olunub.Yeni təsis olunanda əsasən şərab istehsal etmişik. Özümüzün 110 hektar üzüm bağı var. Üzüm bağları Şəmkirə çatmamış yolun sağ və sol hissəsində yerləşir. Biz əsasən şərab istehsak edirik. 2006-cı ildə şərab emalı zavodunu qurmuşuq. 2008-ci ildən şərabları qablaşdırmağa başlamışıq. 2009-cu ilin may ayının 25-də cənab prezident bizim müəssisəyə baş çəkib. Sonradan biz konyak istehsalına başladıq. Daha sonra meyvə araqlarına böyük tələbin olduğunu gördük. Ümumiyyətlə regionda meyvə çoxdur. Meyvənin hamısı bazara çatdırılmır və itkiyə çox gedir.
- Meyvə arağı istehsalına nə vaxtdan başlamısız?
Biz lüks vodka istehsal etmirik. Elə araq istehsal etmək fikrimizdə də yoxdur.Çxır , kanyak və meyvə araqları istehsal edirik. Meyvə araqlarının ticarət markası “Mey” adlanır. Hal-hazırda 6 növdə meyvə arağı istehsal edirik. Bunlar alma, gavalı, zoğal, üzüm, tut və xurmadır. Məhsullarımız AZZA dükanlar şəbəkəsində satılır.
Eləcə də bax:“EY İlin İş Adamı™” müsabiqəsi sahibkarlara böyük - İMKANLAR YARADACAQ - MÜSAHİBƏ
- Hər il nə qədər məhsul istehsal edirsiz?
“Mey” araqların istehsalına yeni başlamışıq. Odur ki, hesabatımızı dəqiq bilmirik. Ancaq Azərbaycan bazarında bu məhsula tələbat olacaq. Bundan başqa bizim meyvə araqları Polşa və Çin bazarına ixrac olunub. Çinə 2500, Polşaya isə min şüşə”Meya” arağı göndərilib.
- Nə üçün məhz Polşa və Çin?
Çindən gələn müştərilən məhsulumuz xoşlarına gəldi.Ona görə də meyvə araqları məhsulumuzdan apardılar. Polşa ticarət evinin nümayəndələrinə çox minnətdaram. Onların və Azpromonun köməkliyi ilə biz Polşaya da məhsul göndərmişik.
- Gələcəkdə daha hansı meyvə arağını istehsal etmək istəyirsiz və hansı meyvə arağı daha yaxşı satılır?
Hər kəsin özünün ağız tamı var. Bizdə dədə-babadan deyiblər ki, tut və zoğal meyvə araqları, daha yaxşıdır. Amma mən hesab edirəm ki, brend olaraq bizim əsas brendimiz xurma meyvəsindən olan araq olacaq. Ən çox zoğal, tut alınır. Baxmayaraq ki, zoğal hamısından bahadır. Bu araqların satışı 18 manatadır. Xurma bizim regionda olduqca çoxdur. Xrici bazarlara nə qədər meyvə aparsalar da ölkəmizdə də yetərincə məhsul qalır ki, istehsal edəsən. Misal olaraq Balakəndə çox gözəl bal xurma deyilən müəssisə var . Onlar onun qurudulması ilə məşğul olurlar. Çox gözəl məhsul ərsəyə gətirirlər. Məhsulları ilə sərgilərdə tanış olmuşam. Ölkəmizdə xurma çoxdur qoymaq olmaz ki, qalıb xarab olsun.
Eləcə də bax:«Halal toyuq istehsalı daha sərfəlidir – SATIŞLARI 2-3 QAT ARTIR» - MÜSAHİBƏ
- Tut araqlarının qradusu 70%dan çoxdur .Sizin araqların qradusu isə 45-47%-dir. Sizcə bu az deyil?
Azərbaycanda belə bir fikir formalaşıb ki, meyvə arağı deyəndə tut ağacının altında və ya məhlədə qara qazanda qaynayan araq olmaldır. Əfsuslar olsun ki, yalnış fikir formalaşıb. Biz meyvə araqlarımızı alman avadanlığında 2 dəfə distilə edirik. Onun etil spirtinin ayrılması, baş quyruq fraksiyanın götürülməsi edilir. Bunlar hamısı böyük şərtlərdir. 70 qraduslu araq içən adam bir iki dəfə içir. Sonra səhətinə ciddi ziyan vurmuş olur. Gəlin görək xarici istehsalçı araqların hansında qradus belə çox olur. İnkişaf etmiş ölkələrin heç birində 50 qradusdan çox qradusu olan alkaqol satılmır.Çünki zərəli hesab olunur. Çəkmə araqların birinci damcıları 90 qradus olur. O demək deyil ki, meyvə arağını elə çox qradusla içmək lazımdır.
- Rusiyaya ixracın az olmasına səbəb nədir?
Rusiya bazarı qəliz bazardır. Rusiyanın araq bazarında təəsüflər olsunki bizim millətin nümayəndələri çox azdır. Orada Gürcülərin və bədnam qonşularımızın istehsalı olan araqlar çoxdur. Rusiya bazarında onlar daha çox pay sahibdirlər. Meyvə tərəvəzdə Rusiyanın istənilən bazarında azərbaycanlılarla rəqabətə girən yoxdur. Amma alkaqol biznesində azərbaycanlılar yoxdur. Ona görə, orada özümüzə tərəfdaş tapa bilmirik. Bu bizim zəif tərəfimizdir.
- Bağ sahəniz nə qədərdir?
Bizim bu gün 110 hektar üzüm bağımız var. Lakin çox təəsüflər olsunki biz bu gün şərabı normal sata bilmirik. Meyvə bağları çox deyil. Biz meyvələri əhalidən alırıq. Misal olaraq bu il Xaçmaz rayonundan 100 ton alma almışıq. 53 ton tut toplamışıq. Vətəndaşlara müraciət etmişik ki, bizə tut gətirsinlər. Hər gətirilən tutun çəkisinə görə ödəniş edirik. Həmçinin gavalı və xurmanı da əhalidən alırıq. Tutu Şəmkirdən alırıq. Orada tut olduqda çoxdur. Bu il gavalı toplaya bilmədik. Çünki məhsul çox az oldu.
- Suvarma ilə nə kimi problemləriniz var?
Regionda su çatmır. Bununla bağlı aidiyyatı yerlərə müraciət etmişik. Artezian quyuları tədricən düzəlir. Yağıntının mqidarı çox azdır. Hətta Bakıda yağış yağır amma Şəmkirdə yağıntı yoxdur. Çaylarda su azdır. Artezian quyularında suyun miqdarı aşağı düşüb. Əsas problemimiz budur. Müasir damcı suvarma sistemi qurulmuş olsa biz suya 4-5 dəfə qənaət etmiş olarıq.