Azərbaycanda halal toyuqların satışı ənənəvi broyler toyuqlarına nisbətən daha sürətlə artır. Bu barədə FED.az-a Azərbaycanda fəaliyyət göstərən Keyfiyyət Assosiasiyasının İdarə Heyətinin sədri Samir Novruzlu bildirib. Onun sözlərindən məlum olur ki, dini amillə yanaşı, biznes şərtlər də halal toyuqların satışına müsbət təsir edir.
- Samir müəllim, broyler şirkətləri halal sertfikatını niyə alırlar – halal toyuqlara tələbat çoxdur, yoxsa sadəcə imic üçün?
- Halal sertifikatı bazarın tələbidir. Hazırda həm daxili bazarda, həm də ixracda halal sertifikatı tələb olunur. İnsanlar dükanlarda halal sertifikatı olan məhsullara üstünlük verir. Biz bazarda araşdırma apardıq və məlum oldu ki, halal sertifikat almamaışdan qabaq günə 30-35 min toyuq satan şirkət, sertifikat alandan sonra satışları 70-80 min toyuğa çatıb.
Eləcə də bax:Halal toyuq satan şirkətdən - XƏBƏRDARLIQ
- Halal toyuğun maya dəyəri ənənəvi broylerdən çoxdurmu?
- Adi broyler toyuğu ilə müqayisədə halal broyler toyuğu bir qədər baha başa gəlir. Xərcin artmasının səbəbi toyuqlara verilən sümük unu ilə bağlıdır. Yəni ənənəvi broylur fabriklərində toyuqlara sümük unu verirlər, halal toyuqlara isə belə yem vermək qadağandır.
- Sümük unu nədən hazırlanır?
- Sümük unu toyuqların tullantılarından, yəni tükləri, qanı, başı və ayaqlarından hazırlanır. Həmin hissələr yüksək temperaturda yandırılır və ondan sümük unu hazırlanır. Bu çox yüksək protein mənbəyidir. Amma halal toyuqlarda sümük ununun yem kimi istifadəsinə icazə verilmir
- Bəs halal toyuqlara hansı yemi verirlər?
- Qarğıdalı, dən və sair.
- Toyuqların rasionundakı fərq onların qiymətdə özünü necə göstərir?
- Yemin fərqli olması nəğicəsində halal və halal olmayan toyuqların kiloqramının qiymətində 20-40 qəpik fərq yaranır.
- Halal toyuqlara verilən yem də yoxlanılırmı?
- Əlbəttə, yoxlanılır ki, tərkibində GMO olmasın. Amma belə problem yoxdur.
- Halal və halal olmayan broyler toyuqlarının xərcində fərq elə bundan ibarətdir?
- Bəli, əlavə elə bir xərc yoxdur, toyuqların hamısı 40-45 günə böyüyür və kəsilir, vaksinləri hamısında vurulur və eynilə əllə kəsilir.
- Azərbaycan bazarında satılan toyuqların neçə faizi halaldır?
- Bunu demək çətindir, hazırda Azərbaycanda böyük toyuq istehsalçılardan yalnız ikisinin halallıq sertifikatı var. Bundandan biri “Mərcan” digəri isə “Səba” toyuqlarıdır. Amma şirkətlər var , hansı ki, halallıq sertifikatlarının vaxtı bitib. Amma hələ də halal adı ilə satırlar. Elə şirkətlər də var ki, başqa halal məhsul satan şirkətdən alıb yerli bazarda öz halal məhsulları kimi satırlar.
- Bəs halal yumurta necə, o da var?
- Halal olmayan yumurta o zaman olur ki, toyuğa verilən yemi qatırlar.
- İndi kənd yumurtası adı ilə satılanlar halaldır?
- Kənd yumurtası adı altında əslində satılan adi yumurtadır. Sadəcə müəyyən toyuğun yeməyinə qatqılar qatanda yumurtanın sarısı narıncıya çalır. Daha tünd olur. Bu da kənd yumurtası effekti verir. Əslində əsl kənd yumurtası deyil. Adi broyler toyuqlarının yumurtasıdır. Sadəcə kənd yumurtası adı altında satılır. Halal yumurta adi qaydada heç bir müdaxilə olmadan toyuğun adi yemdən qidalanaraq yumurtladığı yumurtadır.
- Azərbaycana broyler toyuqları başqa ölkələrdən gə gətirilir. Bunlar əsasən hansılardır?
- Azərbaycana daha çox broyler toyuqlar, Ukrayna , Rusiya və Gürcüstandan gətirilir. Ən çox Ukraynadan broyler toyuqlar gətirilər. Bu ölkələrdən gətirilən toyuqlar Azərbaycanda satılan broyler toruqlarla müqayisədə ucuzdur.
- Səbəbi nədir ki, onlar bu qələr uzun yol gəldikdən sonra da yerli toyuqlardan da ucuz olurlar?
- İdxal toyuqların ucuz olmasına bir neçə səbəb var. Birincisi, MDB ölkələrdindən idxal olunan məhsullara idxal rüsumu tutulmur. Həm də, Ukraynada, soya, qarğıdalı və buğda yetişir. Toyuqlar üçün yem olduğu üçün onlarda toyuq da ucuz başa gəlir. Bundan başqa toyuqları da çoxdur. Azərbaycanda böyük katerinq şirkətləri və restoranlar toyuqların əksər hissəsini Ukraynadan alırlar. Bu toyuqlardan kolbasa və sosiska hazırlanmasında da istifadə edirlər. Bu toyuqlar keyfiyyət baxımından ziyanlı deyil. Ukraynadan gələn toyuqların da bəziləri halal sertifikat ilə gəlirlər. Toyuq yetişdirmə texnalogiyası demək olarki eynidir.
- Bəzi fikirlər olur ki, broylerlərdəki iri toyuqlar dərmanla şirirdilib. Ona görə də kök toyuqlardan ehtiyat edənlər olur. Bu belədirmi?
- Bizda insanlar alışıb balaca toyuq almağa, amma broyler də əslində yeyilməli olan toyuqlar iri toyuqlardır. Çünki toyuq nə qədər iri olursa bu odeməkdir ki, onun müddəti 40-45 gün saxlanılıb. Belə ki, toyuğa vitaminlər və müxtəlif iynələr vururlar. Bu vitanminlərin üstündə göstərilir ki, dərman nə qədər müddətə toyuğun tərkibindən çıxır. Toyuq isə uzun müddət qalanda həm daha yekə olur, həm də dərmanlar toyuğun canından çıxır. Bu dərmanlar toyuqdan çıxmadan kəsəndə zərərli olur. Ona görə broyler toyuğu alanda böyüklərini almaq daha yaxşıdır.