Fransanın üzümçülük regionlarında yazın yağışlı keçməsi səbəbindən üzüm bağlarının məhsuldarlığı xeyli azalıb.
Eləcə də bax: «Xan arağı»nın istehsalçısının - GƏLİRLƏRİ AZALIB – HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes.ru” məlumat verir.
Ölkənin kənd təsərrüfatı naziri Julyen Denormandi hava şəraitinin yerli şərabçılar üçün “aqronomik fəlakətə” çevrildiyini söyləyib. Fransa hökuməti şərab istehsalının 1945-ci ildən bəri minimum səviyyəyə düşəcəyini proqnozlaşdırıb.
Hesablamalara görə, əvvəlki minimum – 35.6 milyon hektar – 2017-ci ildə qeydə alınıb. Anomal hava şəraitindən ən çox merlo və şardone üzüm növləri zərər çəkib. Təkcə Şampan əyalətində aprel şaxtası bütün qönçələrin üçdə birini məhv edib.
Bununla yanaşı, havanın yağışlı keçməsi göbələk xəstəliklərinin yayılmasına səbəb olub. Bu, məhsulun azalmasına gətirib çıxarıb. Verilən məlumata görə, pandemiya dövründə istehlakın azaldığını nəzərə alsaq, 2019 və 2020-ci illərdə şərab ehtiyatları hələ də kifayət edir. Lakin gələcəkdə kolleksion şərabların qiymətlərində rekord artım ola bilər.