Azərbaycanın aparıcı şərab istehçalçılarından olan «Göygöl Şərab Zavodu» ASC 2020-ci il üzrə hesabatını açıqlayıb.
“Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb
FED.az xəbər verir ki, 2020-ci ildə şirkətin gəlirləri əvvəlki illə müqayisədə 800 min manat və ya təqribən 4% azalaraq 20 milyon 831 min manat olub.
Şirkət hər il icarədən 1,2 milyon manat qazanır və bununla birlikdə ümumi gəlirlər 22 milyon manat olub.
2020-ci ildə «Göygöl Şərab Zavodu»nun əməliyyat xərcləri də azalıb. Bu xərclər 2 milyon manata qədər azalaraqa 21 milyon manatdan 19 milyon manata düşüb.
Əvəzində zavodun fövqəladə xərcləri kəskin artaraq 2019-cu ildəki 54 min manatdan 930 min manata yüksəlib.
Nəticədə şirkət 2020-ci ili 1 milyon 427 min manat xalis mənfəətlə başa vurub, bu 2019-cu ildən azdır.
Xatırladaq ki, «Göygöl Şərab Zavodu» 2019-u 1 milyon 592 min manat xalis mənfəətlə bitirmişdi.
2019-cu illə müqayisədə şirkətin aktivləri 1,5 milyon manat artaraq 54,2 milyon manat olub. Öhdəlikləri isə dəyişməyib.