Xalq artisti Emin Ağalarov keçmiş iş ortağı Stanislav Vitinski barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
FED.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sənətçi şikayətçi olduğu şəxsə külli miqdarda borc verdiyini, lakin qarşı tərəfin hələ də pulu qaytarmadığını bildirib.
Proses Moskvanın Presnenski məhkəməsində həyata keçirilir. Məlum olub ki, Ağalarova ödənilməli məbləğin miqdarı 17 milyon 575 min rubl (437 min 705 min) təşkil edir. (Qafqazinfo)