Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti və “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov koronavirus şəraitində müflis olmaq riski barədə danışıb.
Eləcə də bax: Forbes: koronavirus pandemiyası Trampa təxminən - 1 MİLYARD DOLLARA BAŞA GƏLİB
FED.az xəbər verir ki, “Forbes” jurnalına müsahibə verən iş adamı Rusiyada şirkətə məxsus ticarət mərkəzlərinə ziyarətlərin min dəfə azaldığını söyləyib.
“Biz işçilərimizin çoxunu evə buraxmışıq, bütün ticarət mərkəzlərini bağlamışıq. Amma bəzi ticarət mərkəzləri açıqdır ki, onlarda da ancaq aptek və bank açıq qalır. Fakt ondan ibartədir ki, icarə haqqı toplamırıq, obyektlərimiz bağlıdır, maaşları ödəyirik və vergi də veririk. Vergilərlə bağlı güzəştlərin olacağını deyirlər. Ən əsası heç kəs bizə kredit öhdəlikləri üzrə güzəştlərə getməyib”.
O, koronavirus pandemiyasının uzun çəkəcəyi zaman kredit öhdəliklərini tam ödəyə bilməyəcəklərini əlavə edib.
“Ümid edirik ki, bu vəziyyət çox çəkməz. Çünki təhlükəsizlik yastığımız bir neçə həftəyə bəs edəcək. Bizdə 15 minə qədər işçi çalışır. Təkcə əmək haqqı fondu böyük rəqəm təşkil edir və gəlirimiz olmasa, faktiki olaraq, bu ödənişləri çox verə bilməyəcəyik”.
O, işçi ixtisarları aparmadıqlarını deyib.
“Aydın məsələdir ki, vəziyyət 1 ay çəksə, ağır nəticə olmadan öhdəsindən gələ biləcəyik. Amma bu vəziyyət 6 ay çəksə... prezident də deyi ki, heç kəsi işdən çıxarmayaq, ixtisar etməyək. Aydındır ki, biz də ixtisarlara qarşıyıq amma əgər gəlirin yoxdursa, maaşı necə vermək olar? İndi şirkətin gəlirləri sıfırdır, biz neyləyək?”.
İş adamı zərər gömüş biznes sektorlarını da sadalayıb.
“Bizim Crocus fitnes istiqamətimiz var. Orda səhv etmirəmsə, 380 işçimiz var. Hazırda onlayn məşqlərə başlamışıq. Amma milyonluq biznesi belə xilas etmək mümkün deyil. İki konsert zalımız: Crocus City Hall və VEGAS City Hall bağlıdır. Nəticədə onlarla konsert zalımız bağlı qalıb. Ticarət mərkəzlərimiz də bağlıdır. Restoranlarda evə çatdırılma var, amma bu çox cüzi rəqəmdir, maaş fondunun heç 10%-i etmir. Restoranlarda 1800 işçimiz var və əlbəttə ki, bağlı qaldığımız halda, onları maaşla təmin etmək çətin olacaq".
Modern