Azərbaycanda ƏDV-nin istehlakçılara qaytarılması ilə bağlı normativ hüquqi akt layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
FED.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə deyib.
Eləcə də bax: Gələn il Azərbaycanda ƏDV yığımları - 13 FAİZ ARTACAQ
"ƏDV-nin istehlakçılara qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının çekləri əsasında həyata keçiriləcək. Qrafik üzrə nəzarət kassa aparatlarının quraşdırılması davam etdirilir. Ümid edirik, bu proses ilin sonunadək yekunlaşdırılacaq. İstehlakçılara nağd qaydada həmin vəsaitin qaytarılması ilə bağlı normativ hüquqi akt layihəsi hazırlanıb və artıq Nazirlər Kabinetinə təqdim olunub, hazırda layihə rəsmiləşdirmə mərhələsindədir. Gözləyirik ki, yanvarın 1-dən artıq proses reallaşsın", - deyə S. Musayeva bildirib.