Amerikalı iş adamı və Amazon onlayn satış platformasının sahibi Ceff Bezos bir neçə ildən sonra dünyanın ilk trilyonçusuna çevrilə bilər.
Eləcə də bax: Milyarder Cek Ma Çinin ən varlı adamı - STATUSUNU İTİRDİ
FED.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Bezos 143 milyard vəsaitlə dünyanın ən varlı adamı sayılır.
Amma ekspertlər hesablayıblar ki, artıq 2026-cı ildə Bezos dünya tarixində ilk trilyonunu qazanacaq. Kiçik biznesə konsultasiyalar verən «Comparisun» xidmətinin ekspertlərinin hesablamalarına görə, artıq 6 ildən sonra Bezosun sərvəti indi astronomik görünən məbləğə çatacaq. Amerikalıdan sonra dünyanın ikinci ən varlı adamı Çinli developer Suy Szyain olacaq.
Eləcə də bax: Harvard professoru pandemiya sayəsində - MİLYARDER OLDU
Hazırda Bezosun varidatı 143 milyard dollardır, koronavirus pandemiyasının başlanması isə başqa sahələrdən fərqli olaraq Amazonun işinə müsbət təsir edib və şirkətin səhmləri kəskin artıb.
Nəticədə təkcə 2020-ci ildə Ceff Bezos pandemiyaya görə 24 milyard qazanıb. Dünyanın ən varlı 3 adamı siyahısında olan digər 2 milyardçının isə sərvəti azalıb. «Microsoft» sahidi Bill Qeyts 8,4 milyard dollar, «Louis Vuitton Moët Hennessy» qrupunun sahibi Bernar Arno isə 28 milyard dollar vəsait itirib.