Banner

Biznes

Milyarder Cek Ma Çinin ən varlı adamı - STATUSUNU İTİRDİ

Milyarder Cek Ma Çinin ən varlı adamı - STATUSUNU İTİRDİ | FED.az
16:30 14 May 2020

“Alibaba” şirkətinin qurucusu Cek Ma ən zəngin Çin milyarderləri siyahısında birinci yeri itirdi.

FED.az Banker.az-a isinadən xəbər verir ki, yeni lider “Tencent” onlayn oyunların ən böyük distribyutorunun sahibi Ma Hauten olub.

Eləcə də bax: "Jack Ma" və "Alibaba" Azərbaycana - TİBBİ YARDIM GÖNDƏRƏCƏK

Qeyd edildiyi kimi, 2020-ci ilin əvvəlindən “Tencent”in səhmləri 14% – son iki ildə maksimum artım göstərib, bu barədə “Forbes USA” yazır. Qiymətli kağızların dəyərindəki artım, koronavirus pandemiyası səbəbindən mobil oyunlara olan tələbatın çox olması ilə əlaqədardır.

Hazırda Huatenin sərvəti 48,3 milyard dollar dəyərində qiymətləndirilir. Xatırladaq ki, “Alibaba” nın sahibi olan Cek Manın sərvəti 41,2 milyard dollardır.

Qeyd edək ki, “Tencent” pandemiya dövründə az saylı benefisiarlardan biri olub. Şirkətin verdiyi məlumata görə, birinci rübdə gəlir səviyyəsi 31% təşkil edib.

Analitiklərin fikrincə, “Tencent”in uğuru müvəqqəti xarakter kəsb edir. Karantin rejimi sona çatdıqdan, bütün məktəb və universitetlər fəaliyyətə başladıqdan sonra vəziyyət kəskin dəyişə bilər.

Digər xəbərlər

Banner