Son beş il ərzində dünyada qadın milyarderlərin sayı 46 faiz artıb.
FED.az xəbər verir ki, bu barədə İsveçrənin USB Bankı ilə “Pricewaterhouse Coopers” (PwC) beynəlxalq məsləhətçi şirkətlər şəbəkəsinin müştərək məruzəsində bildirilib.
Eləcə də bax: Ələkbərovun xanımı ən zəngin qadınlar - SİYAHISINDA
Qeyd olunub ki, 2018-ci ildə dünya milyarderlərinin məcmu varidatı beş il ərzində sərasər artdıqdan sonra 8,5 trilyon dollar azalıb.
Bu azalmanın “yükü” Asiyanın payına düşüb, halbuki Şimali və Cənubi Amerika milyarderlərinin varidatı ötən il bir qədər artıb.
Bundan başqa, ABŞ-da texnologiya sahəsində çalışan milyarderlərin ötən il başqa sahələrdə çalışanlara nisbətən daha çox uğur qazandıqları deyilir.
Report