Forbes” jurnalı Rusiyanın ən zəngin iş qadınlarının siyahısını tərtib edib.
FED.az xəbər verir ki, 25 biznes-ledinin yer aldığı reytinq tarixində ilk dəfə olaraq milyardlıq sərvətlərin iki sahibi bir anda sıralamada qərarlaşıb.
Eləcə də bax: Ələkbərov bu il neçə milyard dollar qazanıb? - RƏQƏM AÇIQLANDI
İlk yerdə “İnteko” investisiya- tikinti korporasiyasının keçmiş sahibi (Şirkəti 2011-ci ildə satmaqla biznesini xaricə köçürüb), eləcə də “Qazprom” və “Sberbank”ın səhmdarı Yelena Baturina qərarlaşıb. O, 1,2 milyard dollar sərvətə sahibdir.
İkinci yeri 1 milyard dollarla “Wildberries” internet-mağazanın sahibi Tatyana Bakalçuk tutub.
Sankt-Peterburqdan olan milyarder Yuri Kovalçukun xanımı Tatyana Kovalçuk 600 milyon dollarlıq sərvəti ilə siyahıda üçüncü yerdə qərarlaşıb. Kovalçuklar ailəsi Prezident Vladimir Putinə yaxınlığı ilə seçilir.
Azərbaycanlı iş adamı, milyarder, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova 180 milyon dollar sərvətlə reytinqdə 23-cü yerdə qərarlaşıb. O, şirkətdə kiçik bir səhmə sahibdir, lakin il ərzində neft şirkətinin dəyəri öz səhmlərinin yenidən satın alınması ilə əlaqədar artıb.
Qafqazinfo