Sahibkarlığın İnkişafı Fondu 2021-ci ildə sahibkarlara ənənəvi güzəştli kreditləri ilə yanaşı, digər kredit məhsulları və yeni xidmətlər də təqdim edəcək.
Eləcə də bax: 500 milyon manatlıq güzəştli krediti - 500 NƏFƏR GÖTÜRƏ BİLİB
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun rəhbəri Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu özünün yeni strategiyasını hazırlayıb. Strategiyaya uyğun olaraq fond bazara yeni məhsullar çıxaracaq: «Faktorinq, ticarətin maliyyələşdirilməsi, dövriyyə kapitalının artırılması, zəmanətli kreditlərin verilməsi kimi yeni proqramlar olacaq. Bunların hazırlanmasında və bazara təklif olunmasında sahibkarların fikirlərini dəqqətə almışıq»-deyə fond rəhbəri bildirib.
S.Hümbətov bildirib ki, Sahibkarlığın İnkişaf Fondunun işğaldan azad olunan ərazilər üçün də dəstək proqramları, yeni əlverişli maliyyə məhsulları olacaq.