Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində çalışan sağlamlıq vəziyyətinə şübhə olan işçilər barədə sahibkarlara müraciət edib.
Eləcə də bax: Sahibkarlara 500 milyon güzəştli kredit! – HÖKUMƏT ŞƏRTLƏRİ AÇIQLADI
FED.az AQTA-dan "report"a verilən məlumata istinadən xəbər verir ki, əgər hansısa işçinin səhhətinə görə narahatlığı olsa, bununla bağlı dərhal tədbir görülməlidir.
Həmin işçilər digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir: "Xəstəlikdən azad olanadək evdə qalmalı, belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməli və xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan yaradılmalıdır".