25 iyun 2024-cü il saat 11.00-da “Dərnəgülsənayetikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Z. Bünyadov prospekti, 2061 E-118-ci məhəllə ünvanında baş tutacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Səhmdar cəmiyyətin idarə heyətinin 2023-cü ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi.
2. Səhmdar cəmiyyətin idarə heyətinin sədrinin və üzvlərinin seçilməsi.
3. Müşahidə şurasının üzvlərinin seçilməsi.
4. Cəmiyyətin təftiş komissiyası üzvlərinin seçilməsi.
5. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının təsdiqi.
6. Sair məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştiraki vacibdir.
Əlaqə telefonu – (012)514-35-85.