"Orbita-Market" MMC nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, cəmiyyət nizamnamə kapitalının 235 000 manata azaldığını elan edir.
Buna qədərki, sərmayə isə 282 min manat idi.
Bildirək ki, "Orbita-Market" MMC 30 iyun 1993-cü ildə yaradılıb. Qanuni təmsilçisi Akif Ömərov Novruz oğludur.
Hüquqi ünvanı Bakı Şəhəri Nizami Rayonu, Qara Qarayev Pr., Ev 53 ünvanıdır.