Kiçik və orta sahibkarların tenderlərdə iştirakı zamanı çox sənəd istənilir.
Eləcə də bax: Dövlət qurumları və şirkətləri satınalmalarda yerli istehsalçılara - ÜSTÜNLÜK VERƏCƏK
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, bu, bir sıra hallarda KOB-ların tenderdə iştirak etməməsinə səbəb olur.
"Təklif edirəm ki, KOB-ların tenderdə iştirakı zamanı lazım olan sənədlər portallardan götürülsün. Bu, KOB-ların üzərindən yükün bir qədər azalmasına səbəb olar. Nəticədə KOB-ların tenderlərdə iştirakı da artar", - deputat bildirib. (Report)