Azərbaycanda iqtisadi siyasətin növbəti istiqaməti büdcə təşkilatlarının, dövlətə məxsus şirkətlərin daha çox yerli istehsalçılara yönəlməsi olacaq.
Eləcə də bax: "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi - HAZIRLANACAQ
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən və "Sahibkarlar Günü"nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Yerli deyəndə mən kapitalın mənşəyi barədə danışmıram. Üstünlük verərdik ki, bu milli kapitallı şirkətlər olsun, amma birgə müəssisələr də ola bilər. Sirr deyil ki, bir çox hallarda bu imkanları reallaşdırmamışıq. Yaxın vaxtlarda bununla bağlı yeni təşəbbüsə başlanılacaq, onun flaqmanı isə Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Hazırda SOCAR-ın dəyər zəncirinin, satınalmalarının, təchizat zəncirinin yenidən qiymətləndirilməsi gedir. Bu işi də Prezident İlham Əliyevin tapşırığı əsasında, Müşahidə Şurası, şirkətin yenilənmiş rəhbərliyi həyata keçirir. Əsas məqsəd odur ki, yerli iqtisadiyyatda töhfəni və dəyəri necə artıra bilərik? Bu hansı imkanlar açır? Bu sahədə fəaliyyət göstərən hansı sahibkarlarımiz var? Qeyd etdiyim kimi, bu, dövlətin bütün iri təşkilatlarının qarşısında duran əsas hədəflərindən biridir", - o qeyd edib. (Report)