“Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
«Səba» şirkəti kreditə görə əmlakını girov qoyur – SƏHMDARLARI TOPLANIR
FED.az xəbər verir ki, yığıncaq 2 noyabr 2021-ci il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. 2019–2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və təsdiq edilməsi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış olmaq mümkündür.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. İllik ümumi yığıncaqda səhmdar özü, yaxud notarius tərəfindən təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.