“Baktarns” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 5 fevral 2020-ci il saat 10.30-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda "İlin iş adamı" seçilir - İLK DƏFƏ
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə cəmiyyətin 2019-cu il üçün maliyyə hesabatının təsdiq edilməsi; yeni nizamnamənin qəbul edilməsi; idarəetmə orqanlarının yenidən seçilməsi; cəmiyyətin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə aid məsələlər və digər məsələlər daxildir.
Səhmdarlar yığıncaqda müzakirəyə veril-miş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Telefon- 055-202-52-38.
Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2