Banner

Biznes

Azərbaycanda "İlin iş adamı" seçilir - İLK DƏFƏ

Azərbaycanda "İlin iş adamı" seçilir - İLK DƏFƏ | FED.az
09:21 21 Dek 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Young Azərbaycan” (EY) “EY ilin iş adamı” müsabiqəsi çərçivəsində əməkdaşlıq edir.

FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov “EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyevlə görüşüb.

Eləcə də bax: Azərbaycanda “EY İlin İş Adamı™” - PROQRAMI BAŞLANDI

Görüşdə kiçik və orta sahibkarlıq subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlərin, sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştiraklarına dəstəyin göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları, eləcə də “EY Azərbaycan”ın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə ölkəmizdə keçirilən “EY İlin iş adamı” müsabiqəsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, bu ilin noyabr ayında elan olunmuş müsabiqədə iştirak etmək üçün kiçik və orta sahibkarlıq subyektləri tərəfindən bir sıra müraciətlər daxil olub. Müsabiqəyə sənəd qəbulu davam etdirilir.

Görüş çərçivəsində KOBİA və “EY Azərbaycan” arasında 2020-ci ildə keçiriləcək birgə tədbirlərə dair müqavilə imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov və “EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İ.Vəliyev imzalayıblar.

Qeyd edək ki, 60-dan çox ölkədə keçirilən “EY ilin iş adamı” müsabiqəsi bu il ilk dəfə olaraq Azərbaycanda da təşkil olunub. İqtisadiyyatın bütün sektorlarından olan və ölkənin istənilən regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müsabiqədə iştirak üçün 2020-ci il yanvarın 15-dək müraciət edə bilərlər. 2019-2020-ci il üzrə müsabiqənin finalçıları və qalibi martın 11-də elan ediləcək. Finalçılar və qalib nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilərlər - https://www.eoy.az.

Digər xəbərlər

Banner