“Sumqayıt Polimer” ASC səhmdarlarının ümumi yığıncağı 17 dekabr 2019-cu il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvanda keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarlar “Sumqayıt Polimer” ASC-nin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiqi, “Sumqayıt Polimer” ASC-nin MMC-yə çevrilməsi və digər məsələləri müzakirə edəcəklər.
Eləcə də bax: Daha bir şirkət - ASC-DƏN MMC-Ə ÇEVRİLİR
Ümumi yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün həftənin birinci və üçüncü günləri saat 10.00-dan 13.00-dək “Sumqayıt Polimer” ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 12 nömrəli ünvana müraciət etmək olar.