“Mətbəx-Mebel” ASC səhmdarlarının ümumi yığıncağı 17 dekabr 2019-cu il saat 16.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvanda keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər “Mətbəx-Mebel” ASC-nin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiqi, “Mətbəx-Mebel” ASC-nin MMC-yə çevrilməsi və digər məsələlərdir.
Eləcə də bax: "Norm"un forması açıq səhmdar cəmiyyətinə - ÇEVRİLDİ
Ümumi yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün həftənin birinci və üçüncü günləri saat 10.00-dan 13.00-dək “Mətbəx Mebel” ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 17 nömrəli ünvana müraciət etmək olar.