Dəymiş ziyanın həcmini və “Crocus City Hall”un bərpası mümkünlüyünü qiymətləndirmək üçün vaxt lazım olacaq, binanın yanğından salamat qalmış hissələri var, buna görə də ekspertlər müxtəlif bərpa ssenarilərini təhlil etməlidirlər.
«Crocus City Hall»da həlak olan və zərər çəkənlərin – BANK KREDİTLƏRİ SİLİNƏCƏK
FED.az xəbər verir ki, bunu “Crocus Group”un prezidenti Araz Ağalarov deyib.
“Zərərin miqyasını və yenidənqurma imkanlarını qiymətləndirmək üçün vaxt lazımdır. Binanın dəhşətli yanğından salamat qalmış hissələri var. Ekspertlər komandası müxtəlif ssenariləri təhlil etməlidir”, - deyə o bildirib.
A.Ağalarov qeyd edib ki, “istənilən halda biz “Crocus City”nin ərazisində bütün zədələnmiş infrastruktur obyektlərini bərpa edəcəyik və şirkətin əməkdaşları üçün minlərlə iş yerini saxlayacağıq”. (İnterfaks-Azərbaycan)