“Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Eləcə də bax: Rusiyada 27 mağazası və 4,9 min işçisi olan şirkət ölkədə fəaliyyətini dayandırır
FED.az xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub.
““Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir. Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər. (Qafqazinfo)