OBI tikinti və məişət malları mağazaları Rusiya ərazisində fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.
Məlumta görə, OBİ rəhbərliyi Ukrayna ətrafında baş verənlərlə bağlı belə bir qərar qəbul edib.
Eyni zamanda qeyd edilir ki, şirkətin Rusiyada 27 hardware mağazası var və orada 4,9 min işçi çalışır. Bu işçilərin sayı dünya üzrə ümumi OBI işçi qüvvəsinin təxminən onda birini təşkil edir.
Ümumilikdə OBI-nin 11 ölkədə 48 000 əməkdaşı və 670 mağazası var. Rusiyada ilk OBI mağazaları 2003-cü ildə Moskvada açılıb. OBI-nin ana şirkəti "Tengelmann Group"dur (Marja).