"Coca-Cola Hellenic Bottling Company" (Coca-Cola HBC) araq istehsalçısı "Finlandia"nı 220 milyon dollara satın alır.
“Swarovski” Rusiyadakı biznesini tamamilə bağladığını - ELAN EDİB
FED.az xəbər verir ki, bu barədə Coca-Cola məlumat yayıb.
""Coca-Cola HBC AG", "Brown-Forman Corporation"ın törəmə şirkəti olan "Brown-Forman Netherlands BV"dən "Finlandia" araq brendinin sahibi "Brown-Forman Finland Oy"u almaq barədə razılığa gəldiyini məmnuniyyətlə elan edir",- məlumatda deyilir.
Şirkət qeyd edib ki, razılaşdırılmış alış qiyməti 220 milyon dollardır.
Əməliyyatın 2023-cü ilin ikinci yarısında başa çatması gözlənilir və tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir. (Marja)