Almaniyanın avtomobil istehsalçısı “BMW” şirkəti Çinin Xinyang şəhərində 2,2 milyard sərmayə ilə yeni fabrikini açıb.
“BMW” yeni nəsil “7 Series” sedanını təqdim edib – FOTOLAR
FED.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni fabrik “BMW” və Çin avtomobil istehsalçısı olan Brilliance China ilə ortaq qurulub.
2,2 milyard dollar sərmayə ilə qurulan "Lidiya Fabriki" Çindəki istehsalını ildə 830 min avtomobilə çatdıracağını açıqlayıb. Bu, “BMW”nin Çinin etdiyi ən böyük investisiyadır.
Qeyd edək ki, fabrikin sahəsi 2,9 milyon kvadratmetrdir. 5G şəbəkəsi ilə təchiz olunan fabrikdə sex, boya emalatxanası, montaj xətləri və böyük məlumat mərkəzi mövcuddur. Bu isə hazırda “BMW”nin dünyada ən böyük istehsal bazasıdır və Çində 28 000-dən çox insanı işlə təmin edir