18 dekabr 2025-ci ildə "Dongfeng-İmproteks Az Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni şirkət 1 000 000 ABŞ dolları nizamnamə kapitalına malikdir.
"Dongfeng-İmproteks Az Aqro" MMC-nin qanuni təmsilçisi Wang Weijun (Çin Xalq Respublikası), VÖEN-i 1103197561-dir. Şirkətin hüquqi ünvanı AZ1063, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan Şossesi ev.4, 15-ci km-dir.












