Çin bazardakı dominant mövqeyindən sui istifadəyə görə ölkənin ən iri yemək çatdırma xidməti - “Meituan” şirkətini 1 milyard ABŞ dolları cərimələməyə hazırlaşır.
Eləcə də bax: Çin “Alibaba”nı - 2,78 Milyard Dollar Cərimələdi
FED.az xəbər verir ki, şirkətin onun xidmətinə qoşulan müəssisələri rəqiblərin analoji platformaları ilə əməkdaşlıqdan imtinaya məcbur etdiyi deyilir.
“Meituan”a qarşı təhqiqat bu ilin aprel ayında başladılıb. Həmin vaxt Çinin antiinhisar orqanı analoji pozuntulara görə “Alibaba”nı 2,8 milyard dollar məbləğində cərimələyib. (Report)