Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının qabaqcıl şirkətlərindən “Cahan Holdinq”in tərkibindəki “Cahan Sənaye Kompleksi” Özbəkistana məhsul ixrac edəcək.
Bağlanan bankın daha bir mənzili - SATIŞA ÇIXARILDI - QİYMƏT
FED.az xəbər verir ki, fevralın 24-də “Cahan Sənaye Kompleksi” adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın “Azimut Plus” şirkətinin direktoru Şayusupov Maxmudjon bununla bağlı saziş imzalayıblar. Müqaviləyə əsasən, “Cahan Sənaye Kompleksi” Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
İmzalanma mərasimi Daşkənddə keçirilən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun da iştirak etdiyi 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu zamanı baş tutub.
Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO tərəfindən təşkil olunub.