Martın 9-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
“Cahan Sənaye Kompleksi” 40 min ədəd radiator ixrac edəcək - SAZIŞ İMZALANDI
FED.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 46 ünvanında yerləşən (ü/s 38,9 kv.m) 32 saylı mənzildir. Satışa çıxarılan mənzilin ilkin satış qiyməti 50 min manatdır. Hərracda iştirak etmək istəyən şəxs əvvəlcə hərrac təşkilatına satış qiymətinin 5 faizi həcmində beh ödəməlidir.
Hərracın qalibi isə mənzilin qiymətini 7 təqvim günü ərzində sifarişçinin hesabına ödəməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).