"Dəvəli Stone" MMC nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının 751000 (yeddi yüz əlli bir min) manatdan 750000 (yeddi yüz əlli min) manat azaldılaraq 1000 (bir min) manat məbləğində müəyyən edildiyini elan edir.
Məlumat üçün qeyd edək ki, "Dəvəni Stone" 26.07.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Maşallah Mehdiyev Səfəralı oğludur. Az1010 Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva prospekti ev 55, m. 3-də yerləşir.