Martın 28-də "Bakı Elektroavtomat" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Göyçay-Süd” ASC-nin - SƏHMDARI DƏYİŞİB
FED.az xəbər verir ki, iclasda Ümumi yığıncağın gündəliyinin təsdiq olunması; "Bakı Elektroavtomat" ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi; Direktorlar (Müşahidə) Şurasının, İcra orqanının və Təftiş komissiyasının formalaşdırılması; Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və fiziki) təyin olunması və Digər məsələlər müzakirə ediləcək.
İclas Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "Bakı Elektroavtomat" ASC-nin inzibati binasında keçiriləcək.
Xatırladaq ki, «Baki Elektroavtomat» ASC 2001-ci ildə yaradılıb. Baki şəhəri Binə qəsəbəsində yerləşir. Şirkətin nizamnamə kapitalı 1 milyon 255 min manatdır. Şirkətin qanuni təmsilçisi isə Mürvət Nəcəfovdur.