2024-cü il ərzində biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 15 biznes subyektinə KOBİA tərəfindən “Dayaq” mükafatı təqdim edilib.
FED.az xəbər verir ki, Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılıblar.
FED.az mükafata layiq görülən sahibkarların siyahısını təqdim edir :
1. “Əlillik məhdudiyyət deyil” nominasiyası üzrə: "T.T.Ş.-İNŞAAT" MMC
2. “İlin investoru” nominasiyası üzrə: “Nardaran İnvest” MMC
3. “Azad olunmuş ərazilərdə uğurlu biznes” nominasiyası üzrə: “Lachin Chemical” MMC
4. “Uğurlu fermer” nominasiyası üzrə: “Bio Garden” Aqroturizm Məkanı
5. “Gənc sahibkar” nominasiyası üzrə: Fərdi sahibkar İsmayılova Emilya Knyaz qızı
6. “Təmiz ətraf mühit və yaşıl artım”nominasiyası üzrə: “Smart Veyst” MMC
7. “Uğurlu qadın sahibkar” nominasiyası üzrə: "Era Design" MMC
8. “Fəal ixracatçı şirkət” nominasiyası üzrə: “Grand-Agro” MMC
9. “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət” nominasiyası üzrə: "LG Konserv" MMC
10. “Yaşıl biznesin təşviqi” nominasiyası üzrə: “Sustainera Consulting Services” MMC
11. “Fəal xarici şirkət” nominasiyası üzrə: “ACWA Power Azerbaijan Renewable Energy” MMC
12. “Uğurlu startap” nominasiyası üzrə: "VVHELP" MMC
13. “Turizm” nominasiyası üzrə: “Viktori Tur” MMC
14. “Halal biznes” nominasiyası üzrə: “Balakan Foods” MMC
15. "İnnovativ həllər" nominasiyası üzrə: “VVAVERİTY” MMC