2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 27 milyon 783 min ABŞ dolları dəyərində 35 min 365 ton xurma ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata əsasən xurma ixracı bu ilin səkkiz ayında ötən illə müqayisədə dəyər ifadəsilə 13 milyon 32 min manat və ya 88,4%, miqdar ifadəsilə15 min 104 ton və ya 74,5% artıb.
Azərbaycandan 2023-cü ilin eyni aylarında 14 milyon 750 min dollar dəyərində 20 min 261 ton xurma ixrac edilmişdi.
Hesabat dövrünün nəticələrinə görə 1 kq xurmanın ixracı 1 manat 34 qəpik, ötən ilin müvafiq dövründə 1 manat 24 qəpik təşkil edib. Bu da orta ixrac qiymətinin 9 qəpik və ya 7,9% artması deməkdir.