Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.
Eləcə də bax: İcazəyə 1 gün qalmış restoran - CƏRİMƏLƏNDİ
FED.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Mircəlal küçəsində “Bolmart” və “Bazarstore” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.