Azərbaycanda qida və qeyri-qida sektorunda ən böyük super və hiper marketlər şəbəkəsinə sahib olan “Azərbaycan Supermarket” MMC-yə (və ya bazarda “Bravo” brendi ilə) edən yeni rəhbər təyin edilib.
Eləcə də bax: Maliyyə Palatasının sədr müavini – VERGİ XİDMƏTİNDƏ - TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azərbaycan Supermarket”in yeni baş icraçı direktoru (CEO) Kevin Paul Landi-dir. O, bu vəzifədə yerli mütəxəssis olan Zaur Mikayılov Rauf oğlunu əvəz edib.
K.P.Landi 2018-ci ildən bu günə qədər Pərakəndə ticarət üzrə direktor kimi çalışırdı. O, “Bravo”nun Şəmkirdəki açılan yeni mağazasında da mediaya baş icraçı direktor kimi təqdim edilmişdi.
Şirkətin menecmentinə rəhbərliyin xarici vətəndaşa tapşırılması ilk deyil. Belə ki, şirkət ilk təsis ediləndə alman vətəndaşı Wagner Holger (Vaqner Holqer) şəxsə həvalə edilmişdi. V.Holqer 2018-ci ildə “Bravo”dan digər rəqibi olan “Araz Supermarket” şəbəkəsinə rəhbər getmişdi.
Qeyd edək ki, supermarket şəbəkəsi 2015-ci ilin fevralında təsis edilib. “PASHA Holding” MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınıb.