2019-cu ilin sonunda ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin keçmiş sədr müavini Asim Zülfüqarovun yeni iş yeri məlum olub.
FED.az xəbər veriri ki, A.Zülfüqarov hazırda Vergi Xidmətində çalışır.
Belə ki, o 2020-ci ilin aprelindən indiyədək, yəni artıq bir ildir ki, Milli Gəlirler Departamentinin Vergi öhdəliklərinin alınması baş idarəsinin rəis müavini vəzifəsini tutur.
Xatırladaq ki, Asim Zulfuqarov Maliyyə Bazarlarına Nəzarət Palatasında 2016-cı ildə Strateji Xidmətlər Departamentinin direktoru, 2016-cı ildən 2019-cuilədək, yəni palata ləğv edilənədək həm də Palatanın idarə heyətinin sədr müavini vəzifəsini tutub.
Buna qədər isə A.Zülfüqarov 2014-2016-cı illərdə «Dəmirbank»da (2017-ci ildə lisenziyası alınıb və ləğv edilib – FED.az) departament direktoru, 2006-2014-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında şöbə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsində çalışmış İbrahim Alışov da yeni vəzifəyə təyin edilib.