“Bravo Supermarket” brendi ilə fəaliyyət göstərən “Azərbaycan Supermarket” MMC cərimələnib.
FED.az xəbər verir ki, supermarketlər şəbəkəsinin cərimələnməsinə səbəb kimi ekoloji qanunvericiliyin pozulması göstərilib.
Məlumata görə, “Azərbaycan Supermarket” MMC İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə 2500 manat məbləğində cərimələnib.
MMC cərimənin silinməsi üçün məhkəməyə müraciət edib, lakin şirkətin iddiası təmin olunmayıb.