Azərbaycanın iri ticarət şəbəkələrindən olan, «Paşa Holdinq»ə daxil olan «Bravo» şəbəkəsi Azərbaycan bazarında özünün əsas rəqiblərini açıqlayıb.
Eləcə də bax: Vəsait cəlbinin səbəbi açıqlandı – "Bravo" 50 Milyonluq Mağazalar Tikir
FED.az xəbər verir ki, şirkətin istiqraz buraxmaq üçün açıqladığı emitent hesabatında göstərilir ki, bazarda əsas rəqabət yerli mağaza şəbəkələri və o cümlədən xırda və orda ölçülü ticarət obyektləri ilə aparılır.
Xüsusi ilə pandemiyadan sonrakı dövrdə onlayn inventar və çatdırılma ilə məşğul olan e-ticarət portallarının da şirkətin rəqibləri arasında daxil olması istisna olunmur. «Emitentin Azərbaycan Respublikası ərazisində rəqabət apardığı əsas mağaza şəbəklərinin siyahısına «Arazmarket», «OBA», «Bizim Market», «Rahat Market», «Neptun», «Bazar Store», «AL Market» və digər şəbəkələri aid etmək olar».