2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq “Bravo”nun investisiyalarının məbləği açıqlanıb.
Eləcə də bax: “Bravo” supermarket şəbəkəsi 40 mln. manat faizli borc - CƏLB EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Bravo”nun bu illərdə bütün nəzərdə tutulan tikinti və yenidənqurma lahiyələri üzrə investisiyası 50 milyon 696 min manat olacaq.
İki ildə “Bravo”nun “Superstore” tipli mağazaların tikilmə və yenidən qurma layihələri üçün investisiya məbləği 13 milyon 909 min manat, “Supermarket” tipli mağazaların tikilmə və
yenidən qurma layihələri üçün 17 milyon 735 min manat, “Convenience store” tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üçün 6 milyon 475 min manat, “Express” tipli mağazaların tikilmə və yenidən qurma lahiyələri üçün 12 milyon 578 min manatdır.
Xatırladaq ki, “Bravo” supermarketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC 40 mln. manat həcmində istiqraz emissiya edəcək. İstiqrazların illik ödəniş dərəcəsi 10.5% olmaqla hərraca çıxarlacaq.